Pakistan: iflic olmuş məhbusun edamı gecikdirilir

Pakistan: iflic olmuş məhbusun edamı gecikdirilir backend

Pakistanda iflic olmuş məhbusun planlaşdırılan edamı gecikdirilib, məhbusun vəkili bildirib. Abdul Basit həbsxana qaydalarına müvafiq olaraq asıla bilməz, çünki o əlil arabasındadır, məhkəmə qərara gəlib.

Pakistanın həbsxana qaydalarına uyğun olaraq məhbus dar ağacının altında ayaq üstə durmalıdır.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, Basitin edamı qəddar münasibəti nümayiş etdirəcək və burada prosesin yanlış həyata keçirilməsi riski də var.

43 yaşlı Abdul Basit beldən aşağı iflic olub və həbsxanada əlil arabasından istifadə edir.

Pakistan 2014-cü ilin dekabr ayında ölüm cəzasını yenidən həyata keçirməyə başlayıb və ondan bəri 239 nəfər edam edilib.

Həmin vaxtı Pakistan bildirmişdi ki, bu, Talibanın Pişəvər məktəbində əsasən uşaqlardan ibarət 150 nəfəri qətlə yetirməsinin ardından həyata keçirilən terrorçuluğa qarşı mübarizə tədbiridir.

Basit, altı il bundan öncə qətldə ittiham edilərək məhkum edilib və keçən ay Lahorda asılmalıydı. Lakin edam təxirə salınıb.

Həm Ali Məhkəmə, həm də Lahor Məhkəməsi edamın həyata keçirilməsi üçün razılığını verib.

Son təxirə salmaya hər hansısa vaxt məhdudiyyətinin qoyulub-qoyulmadığı aydın deyil.

“Qaydalara görə, məhbus dar ağacına qədər yeriməlidir. Abdul Basitin halında isə bu mümkün deyil,” Pakistan Ədalət Layihəsinin (JPP) sözçüsü BBC-ə bildirib.
Diaspora