İsrail bu ölkə üçün "Dəmir Günbəz"in SİRRİNİ AÇACAQ

İsrail bu ölkə üçün "Dəmir Günbəz"in SİRRİNİ AÇACAQ backend

İsrail özünün "Dəmir Günbəz" sistemi ilə bağlı məlumatları ABŞ-la paylaşacaq ki, Pentaqon hava hücumundan müdafiə üçün ondan istifadə edə bilsin.

Publika.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb .

Nəşr xatırladır ki, bundan əvvəl ABŞ ordusu İsrail tərəfdən iki "Dəmir Günbəz" akkumulyatoru alıb. Eyni zamanda, Vaşinqton İsrail tərəfinin öz işinin alqoritmləri ilə bağlı məlumatları amerikalılarla bölüşmək istəmədiyi üçün artıq Tel-Əvivdən belə sistemlər almayacağını açıqlayıb.

İsrailin Raketdən Müdafiə Təşkilatının rəhbəri Moşe Patelin sözlərinə görə, həssas məlumatların amerikalılara ötürülməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

May ayında “The Jerusalem Post” qəzeti İsrail Müdafiə Qüvvələrinin "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminin dəniz versiyasını uğurla sınaqdan keçirdiyini bildirmişdi. Bundan əvvəl onun tsınaqları noyabrda keçirilib.

 

 

Diaspora