“Gallup”dan sensasion rəy sorğusu - ABŞ hökuməti korrupsiyalaşıb

“Gallup”dan sensasion rəy sorğusu - ABŞ hökuməti korrupsiyalaşıb backend

Ötən il hər 4 amerikalıdan 3-ü (75%) hökumətdə korrupsiyanın geniş yayıldığını düşünüb. 2007-ci ildə bu göstərici 67 faiz, 2009-cu ildə isə 66 faiz idi. Virtualaz.org saytının verdiyi xəbərə görə, "Gallup" sorğu mərkəzi üzə çıxarıb ki, 2007-ci ildən rəqəmlər dəyişsə də bu tendensiya 2010-cu ildən bəri sabit qalıb.

Sorğu mərkəzi bildirir ki, bu rəqəmlər gözləntilərə rəğmən yüksəkdir, üstəgəl yaxşılaşmanın olmaması da təəssüf doğurur. Bircə müsbət məqam odur ki, amerikalılar hökuməti sərbəst tənqid edə bilirlər. Axı dünyanın bəzi yerlərində belə deyil.

Korrupsiyaya dair suallar bəzi ölkələrdə o qədər həssas məsələdir ki, hətta “Gallup” bu sualları soruşmağa icazə alsa belə nəticələr həqiqəti göstərməyə bilər. Yəni vətəndaşlar hökumətlərinin arxasınca danışmağa meylli olmaya bilərlər. Bu, özəlliklə media azadlığının məhdudlaşdırıldığı ölkələrə xasdır.

“Gallup” bildirir ki, elə bu səbəbdən də korrupsiya məsələsinə “Freedom House” təşkilatının Mətbuat azadlığı reytinqinin gözüylə baxmaq lazımdır. Mətbuatın azad olduğu ölkələrin reytinqi fərqlənir. Məsələn, Litvada rəyi soruşulanların 90 faizi, İsveçdə isə 14 faizi hökumət korrupsiyasından danışıb.
Diaspora