İldə 6 milyon adam buna görə öləcək

İldə 6 milyon adam buna görə öləcək backend

Hər il 6,6 milyon insan dünyasını dəyişəcək... Ümumdünya Səhiyyə Təşkilatının mütəxəsissləri məhz belə bir açıqlama ilə çıxış ediblər. Mütəxəsisslərin məlumatına görə evlərin bacalarından, sənaye müəssələrindən, avtomobillərdən çıxan tüstülər, yandırılan tullantılar havanın həddən artıq çirklənməsinə səbəb olur. Hətta bəzi şəhərlərdə havanın çirkliliyi elə həddə çatır ki, Günəş şüalarının şəhərə düşməsinin belə qarşısını alır. Bu da insanların sağlamlığına təsirsiz ötüşmür. Həyəcan təbili çalan mütəxəsisslər hazırda havanın çirkliliyinin 3,3 milyon insanın ölümünə səbəb olduğunu, 35 il sonra isə bu rəqəmin iki dəfə çox artaraq 6,6 milyona çatacağını bildirirlər.

Qeyd edək ki, bir çox ölkədə çirkliliyin qarşısını almaq üçün bəzi sənaye müəssisələri bağlansa da, ölkəyə gətirilən avtomobillərin sayı bir neçə dəfə azaldılsa da problemin həllində ciddi irəliləyiş əldə olunmayıb.
Diaspora