Çexiya Rusiyadan pul alacaq

Çexiya Rusiyadan pul alacaq backend

Çexiya Rusiyadan Praqada istifadəsində olan binaların, eləcə də Karlovı Varı və Brnodakı konsulluqların binalarının altındakı torpaqların icarə haqqını ödəməyi tələb edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə STK agentliyi Çexiya Xarici İşlər Nazirliyinin sənədlərinə istinadən xəbər verir. Orada qeyd olunur ki, söhbət ümumi sahəsi 49 min kvadratmetrdən çox olan 59 torpaq sahəsindən gedir.

Praqa iddia edir ki, Rusiya səfirliyi orada yerləşən binalardan diplomatik məqsədlər üçün istifadə etmir.

Agentliyin məlumatına görə, icarə haqqı, o cümlədən Praqa-5 ərazisindəki torpaq sahələri üçün tələb olunacaq. Orada Şvayqerovaya küçəsində yaşayış binaları kompleksi, Sibirskaya meydanında isə Müqəddəs Lüdmilanın pravoslav kilsəsi yerləşir.

QAZİLER.AZ

Diaspora