"Ukrayna “Patriot”lar üçün növbədədir" - Zelenski

"Ukrayna “Patriot”lar üçün növbədədir" - Zelenski backend

Ukrayna “Patriot” zenit-raket kompleksləri və raketlər ala bilmir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Estoniya prezidenti Alar Karislə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, Ukrayan “Patriot” sistemlərini almaq üçün növbədədir.

"Patriot"suz bunu etmək bizim üçün çətin olacaq. Məqsədimiz hədəfləri 100%-ni vurmaqdır. Bu, həqiqətən də iddialı hədəfdir, "Patriot" növbəsinə görə çox çətindir", -deyə o bildirib.

Zelenski əlavə edib ki, “Patriot” sistemlərinin Kiyevə ötürülməsi üzrə Avropa “koalisiyası” formalaşmanın ilkin mərhələsindədir.

Ukrayna prezidenti onun yaradılması təşəbbüsünü iyunun 1-də Avropa Siyasi Birliyinin sammitində irəli sürüb.

Diaspora