Zelenski qərargahın mühüm toplantısını keçirib - VİDEO

Zelenski qərargahın mühüm toplantısını keçirib - VİDEO backend

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Baş Qərargahın iclasını keçirib. Yığıncaqda onlar paytaxtdakı sığınacaqlarla bağlı məsələləri və cəbhədəki vəziyyəti müzakirə ediblər.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.

O qeyd edib ki, bütün baş verənlərdən sonra kiyevlilər sığınacaqların əlçatmaz olması ilə bağlı təkrar-təkrar məlumat dərc edirlər.

"Təkcə bağlı sığınacaqlar haqqında deyil, sığınacaqlara girişlər haqqında, şəhərin bəzi yerlərində ümumiyyətlə sığınacaqların olmaması haqqında... Şəhərdə belə bir səhlənkarlığın qarşısını heç bir bəhanə ilə almaq olmaz", - Zelenski bildirib.

Həmçinin, onun sözlərinə görə, qərargahda hava hücumundan müdafiə ilə bağlı bütün detalları - onun gələcək inkişafı, Ukraynada lazımi raketlərin tədarükü və istehsalı ilə bağlı müzakirələr aparılıb.

O vurğulayıb ki, Ukrayna hava qalxanı daimi lazım olan hər şeylə təmin edilməlidir.

QAZİLER.AZ

Diaspora