Baydenin etibar etdiyi şəxs gizlincə Çinə gedib

Baydenin etibar etdiyi şəxs gizlincə Çinə gedib backend

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və ABŞ prezidentinin nümayəndəsi Bill Börns mayda Çinə gizli səfər edib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.

Nəşrin məlumatına görə, Börns rəsmilərlə, o cümlədən Çin kəşfiyyatının nümayəndələri ilə danışıqlar aparıb.

FT jurnalistləri qeyd ediblər ki, Amerika lideri Co Bayden əvvəllər CIA direktoruna həm ölkə daxilində, həm də xaricdə həssas missiyaları yerinə yetirmək xahişi ilə müraciət edib. 2021-ci ilin noyabrında Börns Rusiya rəsmilərinə Ukraynada hərbi əməliyyatlara başlamamaq barədə xəbərdarlıq etmək üçün Moskvaya gedib.

Nəşrdə qeyd edilib ki, Börns prezidentin tapşırığı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini Tayvana getməməyə inandırmağa çalışıb.

QAZİLER.AZ

Diaspora