Finlandiyanın paytaxtı Helsinkidə bir araya gələn Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və ABŞ dövlət katibi Antoni Blinken “Qabaqcıl simsiz rabitə sahəsində Finlandiya ilə ABŞ arasında Birgə Əməkdaşlıq Bəyannaməsi”ni imzalayıblar.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ABŞ ilə ölkəsi arasında əlaqələrin təhlükəsizlik, müdafiə və yeni texnologiyalar kimi bir çox mühüm sektorlarda dərinləşdiyini qeyd edən Haavisto İsveçin NATO-da iştirakı ilə bağlı qərarlı olduqlarını bildirib.
Rusiya-Ukrayna müharibəsinin bir ildən artıqdır davam etdiyini xatırladan Haavisto bu vəziyyətin Avropa və qlobal təhlükəsizlik nizamının təməllərini sarsıtdığını da qeyd edib.
Finlandiyanın Ukraynanı tərəfdaşları ilə dəstəkləməyə davam edəcəyini vurğulayan Haavisto, "Belə zamanlarda Atlantik okeanının o tayında etibarlı müttəfiqlərimiz və dostlarımız olduğu üçün çox şanslıyıq" deyib.
Texnologiya əməkdaşlığının ABŞ ilə ikitərəfli əlaqələrin mühüm sütunlarından biri olduğuna diqqət çəkən Haavisto belə davam edib:
"Bu gün biz gələcək nəsillər üçün daha təhlükəsiz və firavan cəmiyyətlər qurmaq yolunda addım atırıq. Bu gün imzaladığımız bəyanatla 6G sahəsində ABŞ ilə əməkdaşlığı gücləndirməyi hədəfləyirik. Finlandiya və ABŞ yeni texnologiyaların inkişafında ön sıralardadır. 2018-ci ildə xaricdə 6G tədqiqat proqramına başlayan Finlandiya ilk ölkə olaraq 6G-nin qabaqcılıdır".
QAZİLER.AZ