Avtomobil nəhəngi “Porsche” 60 illik loqosunu dəyişirdi - FOTO

Avtomobil nəhəngi “Porsche” 60 illik loqosunu dəyişirdi - FOTO backend

Son zamanlar bir çox avtomobil istehsalçıları elektromobillərə keçid davam etdiyi üçün yeni loqolar hazırlayırlar. Alman Porsche də bu istehsalçılara əlavə edildi.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın avtomobil nəhəngi “Porsche” də loqosunu dəyişdirdiyini açıqlayıb.

60 ildir istifadə etdiyi loqonu dəyişən “Porsche” digər şirkətlərdən fərqli olaraq öz mahiyyətinə daha sadiq qalmağa üstünlük verib.

1930-cu illərdə qurulan “Porsche” 1952, 1954, 1963, 1973, 1994 və 2008-ci illərdə loqo dəyişiklikləri edib.

Payızdan etibarən satılacaq avtomobillərdə görünəcək yeni loqonun köhnəsindən çox da fərqlənmədiyini söyləmək olar.

QAZİLER.AZ

Köhnə loqo

Diaspora