Amerika Birləşmiş Ştatları Ukraynaya “gələcəyin ordusu”nu qurmağa kömək edəcək. Söhbət müasir hava qüvvələri, silahlar və başqa vasitələrdən gedir.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Finlandiyaya səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinkenin deyib.
Blinkenin fikrincə, Kiyev və Kreml arasında danışıqların ilkin şərti istənilən təcavüzdən çəkindirməyə və özünü müdafiə etməyə qadir olan güclü Ukraynadır. O, həmçinin əlavə edib ki, Ukraynanın gücünə investisiyalar qoymaq diplomatiyaya zərər vermir, əksinə, ona yol açır.
Dövlət Departamentinin rəhbəri qeyd edib ki, ABŞ “gələcəyin Ukrayna Silahlı Qüvvələri”nin yaradılmasına kömək edəcək.
QAZİLER.AZ