Ərdoğan üçün çox dua etdim, qalib gəlməsəydi... - Orban

Ərdoğan üçün çox dua etdim, qalib gəlməsəydi... - Orban backend

Macarıstanın Baş naziri Viktor Orban "Mən Ərdoğanı dəstəkləməklə kifayətlənmədim, çox dua etdim" deyərək, "Qalib gəlməsəydi, faciə olardı" şərhini verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hər cümə günü dövlət radiosunda ölkəsindəki siyasi gündəmi dəyərləndirən Macarıstanın Baş naziri Viktor Orban Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə çalmasının onun üçün böyük rahatlıq yaratdığını ifadə edərək, “Ərdoğan qalib olmasaydı, Sorosun adamı immiqrantlara sərhədləri açardı. Qələbə üçün çox dua etdim" deyib.

“Mən təkcə Ərdoğanı dəstəkləmədim, həm də çox dua etdim” deyən ifrat sağçı lider “Qazanmasaydı, faciə olardı” şərhini verib.

“Ərdoğan qazanmasaydı, Corc Sorosun adamı Türkiyədə qalib gələcəkdi” deyən Orban, “Ərdoğanın qələbəsi bizə bir nəfəs kimi lazım idi” şərhini verdi. CHP lideri Kamal Kılıçdaroğluna işarə edən Orban: "Türk sərhədlərini qaçqınlara açacaqdı" deyib.

QAZİLER.AZ

Diaspora