Ukrayna və Rusiya danışıqlar üçün "qapıları bağlamayıb" - Çinin xüsusi nümayəndəsi

Ukrayna və Rusiya danışıqlar üçün "qapıları bağlamayıb" -  Çinin xüsusi nümayəndəsi backend

Ukrayna və Rusiyanın danışıqlar masasına oturmaqla bağlı çətinlikləri var. Baxmayaraq ki, tərəflərdən heç biri danışıqlar üçün  “qapıları bağlamayıblar”.

RBC-Ukrayna CNN-ə istinadən xəbər verir ki, bunu Çinin xüsusi nümayəndəsi Li Xuey bildirib.

"Ukrayna böhranı indi tərəflərin masa arxasına əyləşib razılığa gəlməsi üçün bir çox çətinliklərlə üzləşə bilər, lakin tərəflər tamamilə konsensussuz deyil", - Li Xuey deyib.

Diplomat Moskva səfərindən sonra “Rusiyanın heç vaxt sülh danışıqlarına qarşı olmadığını” qənaətinə gəldiyini də qeyd edib.

Diplomatın sözlərinə görə, “eskalasiya riski” hələ də yüksəkdir. O xatırladıb ki, Kiyevə səfəri zamanı hər gün hava hücumu siqnalları eşidib və orada olduğu müddətdə Rusiya iki dəfə Ukraynanın paytaxtına hücum edib.

"Münaqişə dalana dirənib və döyüş meydanı qeyri-müəyyənliklə doludur. Bu vəziyyət narahatlıq doğurur. Müharibə davam edərsə, daha çox fəlakətlər və iztirablar olacaq, nə qədər ki, sülhə ümid işığı var, biz fəal işləməliyik”, - o əlavə edib.

Diplomat həmçinin Çinin Avropanı Ukraynanın ərazilərinin verilməsi ilə atəşkəsə çağırmağa razı salması ilə bağlı medianın iddialarını da təkzib edib.

QAZİLER.AZ

Diaspora