Moskva hakimiyyəti yerli sakinlər üçün bomba sığınacaqları hazırlamağa başlayıb. Sığınacaqlar yataq yerləri ilə təchiz olunub, yaxınlıqda evakuasiya üçün təlimatlar da asılıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Sirena” teleqram kanalında videogörüntülər paylaşılıb.
"Moskvanın bəzi yaşayış binalarındakı zirzəmilər bomba sığınacağına çevrilir - orada evakuasiya və "həyəcan çamadanları"nın yığılması ilə bağlı təlimatlar da asılıb. Bu evlərdən birinin ünvanı Çertanovskaya, 13-dür. Çəkilmiş videoda orada masaların, stulların və yataq yerlərinin olduğunu görə bilərsiniz”, - teleqram kanalının mesajında deyilir.
QAZİLER.AZ