“Qərbdən gələn təzyiqlərə görə Putinlə danışmıram” - Vuçiç

“Qərbdən gələn təzyiqlərə görə Putinlə danışmıram” - Vuçiç backend

Serbiya prezidenti Aleksandar Vuçiç rusiyalı həmkarı Vladimir Putinlə bir ildən artıqdır danışmadığına görə təəssüfləndiyini bildirib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, Vuçiç bu barədə “la Stampa” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu, Qərbin Balkan ölkəsinə təzyiqləri ilə bağlıdır.

“Mən bir ildən çoxdur ki, Putinlə danışmıram. Amma onu görməyə gedən və ya onunla danışan bir çox Aİ liderləri gördüm. Düşünürəm ki, kimsə ilə danışmaq pis deyil. Amma mən bunu etmirəm, çünki hamı “serblərə bax” deyərdi. Bizə nəyi qadağan etmək istəyirlərsə, özlərinə icazə verirlər”, - Vuçiç bildirib.

QAZİLER.AZ

Diaspora