Cənubi Koreyada telefonlara 'təxliyəyə hazır olun' mesajı gəldi

Cənubi Koreyada telefonlara 'təxliyəyə hazır olun' mesajı gəldi backend

Şimali Koreyanın hərbi peyk buraxmaq cəhdindən sonra Cənubi Koreyanın paytaxtı Seulda mobil telefonlara səhvən “təxliyəyə hazır olun” mesajı göndərilib.

Qaziler.az NTV-yə istinadla xəbər verir ki, “Yonhap”ın yaydığı məlumatda Cənubi Koreyanın Baş Qərargahı Şimali Koreyanın peyk buraxmağa hazırlandığını açıqladıqdan sonra Seul şəhər hökuməti mobil telefonlara xəbərdarlıq mesajı göndərib.

“Təxliyyəyə hazır olun” məzmunlu mesajdan təxminən 20 dəqiqə sonra Daxili İşlər Nazirliyi həmin telefonlara mesajın səhvən göndərildiyi barədə bildiriş yollayıb.

Şəhər hökuməti ictimaiyyətin narahatlığına səbəb olduğu və xəbərdarlıq mesajında ​​nə baş verdiyini barədə açıqlama verilmədiyi üçün tənqid olunub.

Seul meri Oh Se-hoon "çaşqınlıq" üçün üzr istəyərkən, xəbərdarlığın səhv göndərilmədiyini və mesajın nazirlikdən bildiriş əsasında redaktə edildiyini qeyd edib.

Qeyd edilib ki, Şimali Koreyanın səhər saatlarında buraxdığı hərbi peyk raket daşıyıcı sistemində olan nasazlıq səbəbindən uğursuz olub.

QAZİLER.AZ

Diaspora