Nyu Yorkda “Türk Evi”nə hücum edən şəxs şizofren çıxdı

Nyu Yorkda “Türk Evi”nə hücum edən şəxs şizofren çıxdı backend

Mayın 22-də Nyu Yorkda “Türk Evi”nə hücum edən Rəcəb Akbıyıka şizofreniya diaqnozu qoyulduğu açıqlanıb.

Qaziler.az xəbər verir ki, AA müxbirinin Nyu-Yorka sövq edilən xəstəxana səlahiyyətlilərindən əldə etdiyi məlumata görə, Akbıyıkın dərmanlarla müalicəsinə başlanılıb.

“Türk Evi”nin pəncərələrinə dəmir lomla hücum edən şəxsin xəstəxanada aqressiv davranışlarının davam etdiyi, özünə və başqalarına zərər verə biləcək potensiala malik olduğu bildirilib. Səlahiyyətlilər qeyd ediblər ki, Akbıyık xəstəxanada iki nəfərə hücum etdiyi, pəncərələri yumruqla vurduğu üçün o, xüsusi otaqda qapalı vəziyyətdə saxlanılır.

Təqsirləndirilən şəxsin dərman müalicəsindən sonra məhkəmənin "şərti" qərarına əsasən xəstəxanadan buraxılacağını qeyd edən səlahiyyətlilər, Akbıyıka şizofreniya diaqnozu qoyulduğunu bildiriblər.

QAZİLER.AZ

Diaspora