İngiltərədə baha qiymətə satılan ət, pendir və qəhvə kimi məhsullara siqnal verən qurğuların taxıldığı müşahidə edilib.
Bəzi marketlər məhsulların oğurlanmasının qarşısını almaq üçün rəflərdəki məhsulların sayını azaldıb.
Qaziler.az xəbər verir ki, BBC-yə açıqlama verən “Co-op” marketlər şəbəkəsinin nümayəndəsi bunu ölkə daxilində etmədiklərini, yalnız müəyyən mağazalarda tətbiq etməli olduqlarını bildirib.
Digər mağaza şəbəkəsi olan “M&S”in nümayəndəsi isə bütün ölkədə belə təcrübənin olmadığını, yalnız yüksək oğurluq halları ilə üzləşən mağazaların öz möqveləri üçün belə tədbirlər görmək səlahiyyətiinin olduğunu bildirib.
Qeyd edilib ki, İngiltərədə ərzaq inflyasiyası aprel ayında 19,1% təşkil edib. Bu da son 45 ilin ən yüksək göstəricisi sayılır.
Polis idarələrinin yaydığı məlumatlara görə, mart ayında marketləərdən məhsul oğurluğuna görə 33 min hadisə qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 30,9 faiz çox deməkdir.
QAZİLER.AZ