NASA-dan UNO açıqlaması: "Varlığını qəbul etməliyik" - VİDEO

NASA-dan UNO açıqlaması: "Varlığını qəbul etməliyik" - VİDEO backend

NASA rəsmiləri uçan naməlum obyektlərin görüntülərini paylaşaraq onların varlığını qəbul etməli olduğumuzu ifadə edib.

Qaziler.az xəbər verir ki, bu barədə NASA-nın hərbi, akademik və özəl şirkətlərin rəhbərlərindən ibarət və naməlum hava obyektlərini araşdıran idarə heyətinin 4 saat davam edən açıq iclasında danışılıb.

"Öyrəndiyimizi, hiss etdiyim şeyi bir sətirdə ümumiləşdirməli olsam, yüksək keyfiyyətli məlumatlara ehtiyacımız var", - panelin sədri David Spergel deyib.

Yerdən kənarda həyatın olub-olmaması ilə bağlı sualı cavablandıran Spergel: "Artıq kənarda bir çox planetin olduğunu bilirik, ona görə də yaşamaq üçün çoxlu potensial mühit var. Hələ Yerdən kənarda həyat kəşf etməmişik, amma axtarışdayıq", - deyə vurğulayıb.

Daha sonra NASA bütün dünyanın tez-tez rastlaşdığı, lakin hələ də tam müəyyən edilməyən uçan metal kürələrin görüntülərini paylaşıb. Görüntülərin Yaxın Şərqdə xidmət göstərən "MQ-9 Reaper" PUA-sı tərəfindən lentə alındığı bildirilib.

QAZİLER.AZ

Diaspora