Rusiyanın Kiyevə atdığı raket avtomobil yoluna düşdü - VİDEO

Rusiyanın Kiyevə atdığı raket avtomobil yoluna düşdü - VİDEO backend

Ukraynanın paytaxtı Kiyevdə Rusiya tərəfindən atılan raket magistral yolda hərəkətdə olan avtomobillərin üzərinə düşüb.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Raketin düşdüyü anlar magistral yolda hərəkətdə olan bir avtomobilin kamerası tərəfindən görüntülənib. Görüntülərdən də aydın olur ki, xoşbəxtlikdən raket partlamayıb.

Yola düşən raketin mayın 29-da Rusiya tərəfindən Kiyevə atıldığı bildirilib.

Yolda hərəkətdə olarkən avtomobillərin arasına düşən raket sürücüləri şoka salıb.

Raketli hücum zamanı ölən və yaralanan olmayıb. Hadisədən sonra sürücülər raketin düşdüyü ərazidən sürətlə uzaqlaşmağa başlayıb.

QAZİLER.AZ

Diaspora