Makron Aİ-ni Rusiya ilə sülh qonşuluğuna çağırdı

Makron Aİ-ni Rusiya ilə sülh qonşuluğuna çağırdı backend

“Avropa İttifaqı ölkələri Rusiya ilə münasibətlərini sülh şəraitində qurmalıdır”.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron Bratislavada keçirilən “Globsec” təhlükəsizlik forumunun sessiyasında çıxışı zamanı deyib.

O, çağırışını Rusiya Federasiyasının həmişə Avropanın qonşusu olacağı ilə izah edib:

“İstəsək də, istəməsək də coğrafiyamız dəyişməyəcək. Biz olduğumuz yerdə qalacağıq, Rusiya da əvvəlki sərhədləri daxilində qalacaq. Biz Rusiya ilə ən dinc şəraitdə birgə yaşamağa imkan verəcək davamlı sülh məkanı qurmalıyıq. Aramızda okean varmış kimi yaşaya bilmərik”, - Makron bildirib.

QAZİLER.AZ

Diaspora