Amerikalı zabitdən Zelenskiyə: "Qalib gəlmək şansın yoxdur"

Amerikalı zabitdən Zelenskiyə: "Qalib gəlmək şansın yoxdur" backend

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüdçü zabiti Filip Giraldi bildirib ki, Ukrayna Rusiya ilə qarşıdurmada qalib gələ bilməyəcək.

Qaziler.az bildirir ki, bu barədə o, “Judging Freedom” “YouTube”  kanalına verdiyi müsahibədə deyib.

Amerikalı zabit, Zelenski müqavimət göstərməyi dayandırsa, onun bu qərarı hamı tərəfindən müsbət qarşılanacağını bildirib:

“Ukraynanın qalib gəlmək şansı yoxdur. Hər kəs atəşkəs və ciddi danışıqların başlanmasını alqışlayardı”, - Giraldi vurğulayıb.

O əlavə edib ki, Vaşinqton münaqişəni sona çatdırmaq üçün səy göstərmir, əksinə Ukrayna prezidenti Volodimir Zelenskini təxribatlara təşviq edir.

QAZİLER.AZ

Diaspora