Rusiyada elmlər namizədləri də səfərbərliyə çağırılacaq

Rusiyada elmlər namizədləri də səfərbərliyə çağırılacaq backend

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi elmlər namizədləri və elmlər doktorları, habelə səhhəti və ya digər səbəblərə görə orduda xidmət etməyən vətəndaşlar üçün qismən səfərbərlikdən möhlət verilməsini nəzərdə tutan iki qanun layihəsinin rədd edilməsini tövsiyə edib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə layihələrin müəllifi, Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat Mixail Matveyev şəxsi teleqram kanalında məlumat verib:

“Müdafiə Komitəsi bu gün mənim iki qanun layihəmə - elmlər namizədlərinə və elmlər doktorlarına, habelə səhhətinə və digər səbəblərə görə hərbi xidmətdə olmayan şəxslərə qismən səfərbərlikdən möhlət verilməsi haqqında qanun layihəsinə baxıb, Komitə hər ikisinin rədd edilməsini tövsiyə edib” - deputat yazıb.

QAZİLER.AZ

Diaspora