Putin NATO-nu "elektroşokla" oyatdı - Makron

Putin NATO-nu "elektroşokla" oyatdı - Makron backend

Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi və NATO ilə bağlı tənqidi açıqlamalar verib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Makron Slovakiyanın paytaxtı Bratislavada keçirilən “Globsec” Təhlükəsizlik Konfransında verdiyi açıqlamada bir tərəfdə Qərbi Avropa, digər tərəfdə Şərqi Avropa deyil, yalnız bir Avropanın olduğunu deyib.

Fransa prezidenti qeyd edib ki, Avropanın Rusiyadan, xüsusilə enerji sahəsində asılılığı davam edir.

2019-cu ildə “NATO-nun beyni ölüb” bəyanatını xatırladan Makron qeyd edib ki, Putin Ukraynada hərbi əməliyyatları başlatmaqla NATO-nu "elektroşokla" oyadıb. 

Makron bildirib ki, Rusiyaya qarşı apardığı müharibədə Ukraynaya effektiv əks-hücum keçirməyə kömək etmək lazımdır.

“Əgər Rusiya Avropada sabitliyi pozmaqda israr edərsə, bunun üçün geosiyasi cəzasını ödəməyə hazır olmalıdır”, - Emmanuel Makron bildirib.

Makron Ukraynaya etibarlı və konkret təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Avropanın təhlükəsizliyini və sabitliyini amerikalı seçicilərin istəklərinə buraxa bilməyəcəyini qeyd edən Makron, NATO daxilində Avropa müdafiə qolunun yaradılmasının vacibliyini vurğulayıb.

Daha sonra Fransa prezidenti bildirib ki, Qərbi Balkanlar, Moldova və Ukrayna Avropa Birliyinə daxil edilməlidir.

QAZİLER.AZ

Diaspora