Venesuela ilə Suriya arasında uçuşlar 12 ildən sonra bərpa edilib

Venesuela ilə Suriya arasında uçuşlar  12 ildən sonra bərpa edilib backend

Venesuela ilə Suriya arasında uçuşlar 12 ildən sonra bərpa edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Suriyanın xəbər agentliyi SANA məlumat dərc edib.

Paytaxtda yerləşən Karakas hava limanından havaya qalxan Venesuela Hava Yollarına məxsus sərnişin təyyarəsi günorta saatlarında Dəməşq hava limanına enib.

Təyyarədə bəzi yüksək vəzifəli məmurlar və Venesueladan olan mətbuat nümayəndələri də daxil olmaqla ümumilikdə 102 nəfər olub.

Venesuela ilə Suriya arasında uçuşlar 12 illik fasilədən sonra bərpa edilərkən, Karakas ilə Dəməşq arasında hər 15 gündən bir qarşılıqlı uçuşlar həyata keçiriləcək.

QAZİLER.AZ

Diaspora