Fransada elektrik avtomobilləri üçün ilk akkumulyator zavodu tikilir

Fransada elektrik avtomobilləri üçün ilk akkumulyator zavodu tikilir backend

Son zamanlar bir çox avtomobil istehsalçıları elektrik avtomobillərinin akkumulyatorlarına böyük sərmayə qoymağa başlayıblar. Həmçinin, ölkələr elektrikli avtomobil yarışına da qoşulub.

Qaziler.az NTV-yə istinadla xəbər verir ki, Çinin hakim olduğu sektoru yaratmaq mövzusunda böyük addım atan Fransa ilk akkumulyator fabrikini açacaq.

Açılış mərasimində Almaniya və İtaliya rəsmiləri ilə yanaşı, Fransanın İqtisadiyyat naziri Bruno Le Maire və ölkənin enerji keçidi və sənaye nazirləri də iştirak edəcək. Tədbirdə “Stellantis”, “Mercedes” və “TotalEnergies” şirkətlərinin prezidentləri də olacaq.

Altı futbol meydançası uzunluğunda olan fabrikdə istehsalın bu yay başlayacağı bildirilir.

Zavodun tikintisini Fransanın enerji nəhəngi “TotalEnergies”, Almaniyanın “Mercedes-Benz”, “Peugeot” və “Automotive Cells” şirkəti həyata keçirəcək.

QAZİLER.AZ

Diaspora