Moldova 2030-cu ilə qədər Dnestryanı ilə birlikdə Aİ-yə daxil olmağa ümid edir

Moldova 2030-cu ilə qədər Dnestryanı ilə birlikdə Aİ-yə daxil olmağa ümid edir backend

Moldova Rusiya qoşunlarının hazırkı mövcudluğuna baxmayaraq, tanınmamış Dnestryanı bölgəsi ilə birlikdə 2030-cu ilə qədər Avropa Birliyinə daxil olmağa ümid edir.

Qaziler.az bildirir ki, bu barədə Bloomberg-ə müsahibəsində Moldova prezidenti Maya Sandu deyib.

O hesab edir ki, Dnestryanı ilə münaqişənin həlli iqtisadi islahatların aparılması və korrupsiyaya qarşı mübarizə olacaq. Onun fikrincə, bu, Moldovanı Aİ-yə daxil olmaq üçün aydın yola çıxaracaq və Dnestryanıdakı insanlara Rusiya ilə deyil, blokla əlaqələrin onların həyatına xeyir verəcəyini göstərəcək.

"Həyat səviyyəsini nə qədər tez yüksəltsək, bir o qədər tez birləşmək şansımız olacaq" - deyə Sandu əlavə edib.

Eyni zamanda Kişinyov hökuməti Rusiyanı qeyri-sabitliyi qızışdırmaqla, Kremlyönlü siyasi qüvvələri dəstəkləməklə, şəffaflığın və qanunun aliliyinin artırılmasına yönəlmiş islahatlara qarşı etiraz aksiyaları təşkil etməklə Moldovanın Aİ istəklərini geri çevirməkdə ittiham edib.

QAZİLER.AZ

 

 

Diaspora