Çin yeni dünya lideridir?

Çin yeni dünya lideridir? backend

Çin Yaxın Şərqdə ABŞ-ı sıxışdırmağa başlayan yeni dünya lideri oldu.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Amerikalı tarixçi və dilçi Noam Xomski RİA Novosti agentliyinə müsahibəsində Çinin yeni dünya lideri olduğunu etiraf edib.

Onun sözlərinə görə, buna sübut Pekinin ABŞ-ı Yaxın Şərqdə sıxışdırmağa başlamasıdır.

“Son bir neçə ay ərzində Səudiyyə Ərəbistanı [Şanxay Əməkdaşlıq Təşkilatı] ŞƏT-ə, onun ardınca ikinci regional ağır çəkili BƏƏ-yə qoşulub və bu, artıq Çin dəniz İpək Yolunun mərkəzinə çevriliblər”.

Ekspert əlavə edib ki, Çin hazırda Yaxın Şərqin silah bazarına daxil olmağa çalışır. O vurğulayıb ki, 80 il ərzində ABŞ Yaxın Şərqə hökmranlıq edib, lakin indi digər bölgələrdə olduğu kimi bu regionda da mühüm dəyişikliklər baş verir və Vaşinqton lider mövqeyini itirir.

QAZİLER.AZ

Diaspora