Mayın 31-də Hindistanda avtobus dərəyə aşıb. Ən azı 10 nəfər həlak olub, daha 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qaziler.az bildirir ki, bu barədə Sinxua agentliyi xəbər verir.
Faciə dağlıq Kəşmir əyalətində baş verib - göyərtəsində zəvvarlar olan avtobus dəqiqləşdirilməmiş şəraitdə körpüdən çıxıb.
“Bəzilərinin vəziyyəti ağır olan bütün yaralılar təxliyə olunaraq Dövlət Tibb Kollecinin xəstəxanasına yerləşdirilib”, - qəzet yazır.
QAZİLER.AZ