Serbiya Xorvatiyanı hökumətlərini devirməyə cəhddə ittiham edib

Serbiya Xorvatiyanı hökumətlərini devirməyə cəhddə ittiham edib backend

Qərbi Balkan ölkələrindən biri olan Serbiya Xorvatiyanı hökumətlərini devirməyə cəhddə ittiham edib.

Qaziler.az bildirir ki, Serbiya prezidenti Aleksandar Vuçiç televiziya proqramında Xorvatiyanın Serbiyanı regional rəqibi kimi gördüyünü deyib və "Xorvatiya uğurlu Serbiya görmək istəmir. Xorvatiya da Kosovo kimi hökumətin devrilməsini istəyir, çünki zəif Serbiya onların xeyrinədir" - deyib.

Vuçiç Kosovonun şimalındakı etirazlarla Serbiya hökumətinin bir müddət zəifləyəcəyinə inanan tərəflərdən birinin Xorvatiya olduğunu bildirib.

Xorvatiyanın Baş naziri Andrej Plenkovic isə Vuçiçin in bu iddiaları ilə bağlı: "Xorvatiya hökuməti və qurumlarının Serbiya da daxil olmaqla heç bir qonşu ölkədə hökuməti devirmək kimi gizli gündəmi yoxdur", - deyib.

QAZİLER.AZ

 

Diaspora