Prezident seçkiləri öncəsi Qərb mətbuatında prezident Ərdoğanın əleyhinə şərhlər verilsə də, 28 Maydan sonra əks başlıq və şərhlər diqqət çəkir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyədə prezident seçkiləri öncəsi Qərb mətbuatında prezident Ərdoğanın əleyhinə şərhlər verilirsə, 28 Maydan sonra əks başlıq və şərhlər diqqət çəkib.
“Milliyet”in köşə yazarı Güneri Civaoğlu 14 May və 28 May seçkilərindən dərhal sonra Ərdoğanla bağlı fərqli fikirlər səsləndirən Fransız Le Monde və İngilis Financial Times qəzetlərindən nümunələr verib.
Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi kontekstində “Le Monde” qəzetinin dünənki sayında “Ərdoğan batmaz” başlığı verilib.
AK Partiya üçün isə "seçki qazanan maşın" şərhi verilib.
Oxşar şərhlər digər Avropa və Amerika qəzetlərində də yer alıb.
QAZİLER.AZ