Bu il dünyada mobil rabitədən istifadə maksimuma çatacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesabatından məlum olub ki, bu ilin sonunda bütün dünya üzrə mobil rabitədən istifadə edən abunəçilərin sayı 7 milyardı ötəcək.
İKT.lent.az-ın məlumatına görə, bu, bütün dünya əhalisinin təxminən 95 faizinə bərabərdir.Qeyd edək ki, bu bənd BMT üzvləri tərəfindən hələ 15 il əvvəl təsdiqlənmiş "Minilliyin inkişafına dəstək proqramı"nın məqsədlərinə daxil edilib. Hazırda məlum olanı odur ki, son bir neçə il ərzində mobil rabitə insan varlığının və yaşamının bir hissəsinə çevrilib. Təşkilatın məqsədi isə müasir texnologiyaların qismən az inkişaf etmiş ölkələrdə genişləndirilməsindən ibarətdir.