Zelenski və Şolts Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib

Zelenski və Şolts Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib backend

Ukrayna Prezidenti Vladimir Zelenski çərşənbə axşamı, mayın 30-da Almaniya kansleri Olaf Şolzla danışıb.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna rəhbərinin “Twitter”dəki paylaşımına istinadən xəbər verir.

"Kansler Şoltsla əsaslı telefon danışığım oldu. Mən ona 3 milyard avro dəyərində güclü müdafiə paketinin həyata keçirilməsinə görə təşəkkür etdim", - mesajda deyilir.

Ölkə liderləri Zelenskinin Almaniyaya son səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini və Ukraynanın müdafiə qabiliyyətinin, xüsusən də hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsini müzakirə ediblər.

"Biz qarşıdan gələn beynəlxalq tədbirlər ərəfəsində mövqelərimizi razılaşdırdıq", - Zelenski əlavə edib.

QAZİLER.AZ

Diaspora