Serb liderdən Kosovoya reaksiya: "Kurti Zelenski olmaq istəyir"

Serb liderdən Kosovoya reaksiya:  "Kurti Zelenski olmaq istəyir" backend

“Yerli polislə serb etirazçılar arasında şiddətli toqquşmalar Kosovonun baş naziri Albin Kurtinin hərəkətləri səbəbindən nəzarətdən çıxa bilər”.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç mətbuata müsahibəsində Kosovaya xəbərdarlıq edərkən deyib.

Serbiyanın “Pink” telekanalına danışan Vuçiç, “Kosovo və Metohiyadakı ən pis vəziyyət hələ qarşıdadır. Bu, Albin Kurtinin təxribatçı hərəkətləri və son dərəcə məsuliyyətsiz davranışı sayəsində bugünə qədər görmədiyimiz bir şeydir”.

Serb lideri separatçı əyalətdə "ümumi etibarsızlıq, qeyri-sabitlik" və "böyük münaqişələrdən" narahat olduğunu bildirib və əlavə edib:

“Bütün bunlara səbəb olan Kurti yaşamaq üçün təqaüdə çıxmaq istəmədiyini bilirəm, çünki o, Ukrayna prezidenti Volodimir Zelenski olmaq arzusundadır”.

Vuçiç qeyd edib ki, bir neçə avropalı elçi onunla əlaqə saxlayıb və Kosovoda yerli polislə regionun şimal hissəsində çoxluq təşkil edən etnik serblər arasında şiddətli toqquşmalardan narahat olduqlarını bildiriblər.

QAZİLER.AZ

Diaspora