Növbəti 5 il üçün rekord istilər olacaq

Növbəti 5 il üçün  rekord istilər olacaq backend

Mütəxəssislər qarşıdakı 5 il ərzində havaların bugünə qədər yaşanan 2016-cı ildəki istilərdən daha isti keçəcəyini bildirib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti müəllimi, Prof. Dr. Levent Kurnaz açıqlama verib. O, Dünya Meteorologiya Təşkilatı tərəfindən yayımlanan və artan istixana qazları ilə Sakit Okean sularını isidən “El Nino” hadisəsinin qlobal istiləşməni rekord səviyyəyə çatdıracağını vurğulayan hesabatını dəyərləndirib.

O bildirib ki, kömür, neft və təbii qaz vasitəsilə atmosferə atılan karbon qazı və digər istixana qazları hesabına qlobal orta temperatur hər il artır.

Qarşıdakı 5 ildə yağıntının dəyişiləcəyinə də toxunan Levent Kurnaz 1991-2020-ci illərin orta göstəriciləri ilə müqayisədə may-sentyabr aylarında Sahel, Şimali Avropa, Alyaska və Şimali Sibirdə yağışların artacağını, Amazon və Avstraliyanın bəzi bölgələrində azalacağını qeyd edib. O, dövlətləri iqlim dəyişikliyinin nəzarətdən çıxmasının qarşısını almaq üçün daha çox iş görmələrinə çağırış edib.

QAZİLER.AZ

Diaspora