Yaponiyanın baş naziri Kişida oğlunu iqamətgahda ziyafətdən çəkilmiş fotolara görə işdən çıxarıb.
Yaponiyanın baş naziri Fumio Kişida oğlunu katib vəzifəsindən azad edib. Bu, onun rəsmi iqamətgahında keçirilən ziyafətdən qalmaqallı fotolar mediada yayımlanandan sonra baş verib.
Qaziler.az bildirir ki, bu barədə “The Japan Times” məlumat yayıb.
Keçən həftə Setaro Kişida və qohumlarının iqamətgahın simvolik yerlərində şəkil çəkdirən görüntüləri ortaya çıxdı. Məsələn, imperatorun təsdiqindən sonra həmişə Nazirlər Kabinetinin üzvlərinin rəsmi çəkilişinin olduğu əsas pilləkəndən şəkillər paylaşılıb. Hökumət ilkin olaraq baş nazirin oğlunu davranışına görə tənbeh etdiyini bildirərək reaksiya verdi.
Lakin Kisida oğlunun bu hərəkətinin siyasi katibliyə uyğun olmadığını bəyan edib və onu vəzifəsindən azad edib.
QAZİLER.AZ