Serb ordusu Kosovo ilə sərhəddə

Serb ordusu Kosovo ilə sərhəddə backend

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç Serbiya ordusunun ölkənin Kosovo ilə sərhədinə yerləşdiriləcəyini açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Serbiyanın müdafiə naziri Miloş Vuçeviç Serbiya Radio və Televiziyasına (RTS) bildirib ki, “ordu ayıq-sayıq qalacaq və yerli vaxtla saat 14:00-a qədər ölkənin Kosovo ilə sərhədinə yerləşdiriləcək”.

Bölgədəki problemin siyasi yollarla həllini gözlədiklərini qeyd edən Vuçeviç, Serb Baş Qərargah rəisi Milan Mojsiloviçin Kosovodakı serblərin təhlükəsizliyini qorumaqdan məsul olan NATO Sülh Qüvvələri (KFOR) səlahiyyətliləri ilə əlaqə saxladığını söyləyib.

Vuçeviç həmçinin qeyd edib ki, Serbiya ordusu həm də baş komandan olan prezident Aleksandr Vuçiçin hər əmrini yerinə yetirməyə hazırdır.

QAZİLER.AZ

Diaspora