Braziliyada kommunist düşüncəli Fəhlə İşçi Partiyası prezident Rəcəb Tayyib Ərdoğanın seçki uğuru üçün "Ərdoğan imperializmi məğlub etdi və Türkiyədəki seçkiləri qazandı" ifadəsini işlədib.
Qaziler.az bildirir ki, braziliyada kommunist Fəhlə İşçi Partiyasının (PCO - Partido da Causa Operária) Twitter hesabında paylaşdığı açıqlamada Prezident Ərdoğanın seçkidə qazandığı qələbə: "İmperializm yenə məğlub oldu. Ona qarşı kütləvi çevriliş kampaniyasının ortasında Türkiyənin hazırkı prezidenti olan Ərdoğan yenidən seçildi”, - deyə dəyərləndirilib.
Fəhlə İşçi Partiyası öz bəyanatında NATO əleyhinə mövqeyini təkrarlayaraq, Ərdoğanın imperializmi məğlub etdiyini və Türkiyədə seçkiləri qazandığını vurğulayıb.
Ərdoğanın yenidən prezident seçilməsinin bölgədəki əhəmiyyətinə işarə edilən açıqlamada, “İmperializm Yaxın Şərqə nəzarəti itirir” ifadəsi işlədilib.
Braziliyada Fəhlə İşçi Partiyası 1995-ci ildə Braziliya Fəhlə Partiyasından çıxanlar tərəfindən yaradılıb.
QAZİLER.AZ