Ötən həftə 8.3 bal gücündə zəlzələnin baş verdiyi Çilidə növbəti yeraltı təkanlar qeydə alınıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, paytaxt Santyaqoda da hiss edilən növbəti zəlzələnin episentri İllapel şəhərinin 46 km qərbində olub.
Bu dəfəki zəlzələnin 6.5 bal gücündə olduğu bildirilir. Tələfat haqqında məlumat verilmir.Çili prezidenti Mişel Baçelet keçən həftə zəlzələdə həyatını itirənlərin ailələrinə maddi yardım ediləcəyinə söz verib. "Heç bir şey bu zəlzələnin yaralarını sağalda bilməz, amma bir dövlət olaraq xalqımızı tək buraxmayacağıq. Normal həyatlarına geri dönmələri üçün nə lazımdısa, edəcəyik" - deyə prezident qeyd edib.
Xatırladaq ki, sentyabrın 16-da Coquimbo liman şəhərində meydana gələn zəlzələ nəticəsində 13 nəfər həyatını itirib.