Türkiyə yeni hərbi texnika almaq niyyətindədir

Türkiyə yeni hərbi texnika almaq niyyətindədir backend

Türkiyə ölkənin Müdafiə Sənayesi Fonduna hərbi xidmətdən ödənişli azad edilmədən daxil olan vəsaitlər hesabına yeni hərbi texnika almağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumatda Türkiyənin məhz hansı hərbi texnikanı almağı planlaşdırdığı göstərilmir.

Bundan əvvəl xəbər verilib ki, hərbi xidmətdən azad olan hər bir çağırışçıya görə 18 min türk lirəsi ölkənin Müdafiə Sənayesi Fonduna onun inkişafı məqsədilə köçürüləcək.
Diaspora