Braziliya prezidenti İnasio Lula da Silva Rusiya prezidenti Vladimir Putinin Rusiyaya səfər dəvətindən imtina edib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Braziliya lideri öz "Twitter" səhifəsində yazıb.
"Mən indicə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdım. Ona Sankt-Peterburqda Beynəlxalq İqtisadi Foruma səfər etmək dəvətinə görə təşəkkür etdim", - İnasio Lula da Silva qeyd edib.
Onun sözlərinə görə, cavabında o, Rusiyaya gedə bilməyəcəyini vurğulayıb. Siyasətçi Hindistan, İndoneziya və Çinlə birlikdə Ukraynadakı müharibəni həll etmək üçün dinc yollar axtarmağa hazırdır olduğunu da əlavə edib.
QAZİLER.AZ