“Delovaya Rossiya” ictimai təşkilatının sədri, “R-Pharm” şirkətlər qrupunun təsisçisi Aleksey Repik Rusiya prezidenti ilə sahibkarların onlayn görüşündə Vladimir Putindən onun şirkətinin istehsal etdiyi “İvan” çayının dadını qiymətləndirməyi xahiş edib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, Repik Putinə 2022-ci ildə hazırladığı məhsul haqqında “Yeni Zamanlar üçün Güclü İdeyalar” forumunda danışıb.
Görüşdə Putin onun sualına birbaşa cavab verməkdən yayınıb və iş adamını gizli reklama görə qınayıb.
“Dadına baxmmaq mümkün oldu, çox sağ olun. Hörmətli Repik Aleksey Yevqeneviç, sizin etdiyiniz şey gizli reklam adlanır. Amma buna baxmayaraq, burada toplaşan hər kəsi salamlayırıq. Baxmayaraq ki, orada olanların hər biri hazırladıqlarını reklam edə bilərdi”, - deyə Putin cavab verib.
QAZİLER.AZ