Brüsseldə yerləşən Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) 2025-ci ilin iyulunda avtomobillərə və yüngül ticari avtomobillərə, 2027-ci ilin iyulunda isə ağır avtomobillərə tətbiq edilməsi planlaşdırılan “Avro 7” emissiya standartları ilə bağlı açıqlama verib.
Aparılan yeni araşdırmaya görə, “Avro 7” standartlarının birbaşa xərclərinin AB Komissiyasının təxminlərindən 4 ilə 10 qat daha yüksək olacağı bildirilib. Diqqət çəkən açıqlamada, "Avro 7” tənzimləməsi avtomobillərin, kamyonetlərin, yük maşınlarının və avtobusların istehsal xərclərini artıracağı da qeyd edilib.
Açıqlamada vurğulanıb ki, yeni standartlara uyğun olaraq, daxili yanma mühərrikli avtomobillər və mikroavtobuslar üçün bir avtomobilin qiyməti təxminən 2000 avro, dizel yük maşınları və avtobuslar üçün isə təxminən 12.000 avro təşkil edir.
QAZİLER.AZ