Fransadan həccə getmək üçün velosipedlə yola çıxdı - FOTO

Fransadan həccə getmək üçün velosipedlə yola çıxdı - FOTO backend

Qlobal istiləşməyə diqqət çəkmək və müsəlmanları tarixdə bir ay davam edən həcc səfərini yaşamaq üçün Məkkəyə velosipedlə getmək istəyən 41 yaşlı Mərakeş əsilli fransız yazar Nabil Ennasri aprelin 22-də Parisdən yola düşüb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Nabil Ənnasri hazırda İstanbuldadır. O, Fatih məscidi qarşısında Quran kursunun tələbələri tərəfindən gül-çiçəklə qarşılanıb.

İstanbulda 5 gün qalacağını bildirən Ennasri yoluna bazar günü davam edəcəyini bildirib.

Gələcək nəsillər üçün əhəmiyyətli olan təbiətin qorunmasına diqqət çəkmək istədiyini ifadə edən Ennasri, "Bu vəziyyət bizim üçün böyük təhlükədir. Bütün dünya qlobal istiləşmədən təsirlənir. Təəssüf ki, bu mövzuda maarifləndirmə azdır. Düşünürəm ki, belə səyahətlər qlobal istiləşmə kimi məsələlərə diqqət çəkmək üçün vacibdir. Bu yolculuqda ikinci məqsədim qədim dövrlərdə insanların həcc ziyarətinə hansı çətinliklərlə getdiyini, onların uzun müddət yürüyərək baş tutan səfəri anlamaqdır", - ifadəsini işlədib.

QAZİLER.AZ

Diaspora