İtaliyanın şimalında son 100 ilin ən güclüsü olan irimiqyaslı daşqınlar ölkəyə yeddi milyard dollardan çox ziyan vurub.
Qaziler.az bildirir ki, bu barədə ANSA məlumat yayıb.
İtaliya hökuməti Emiliya-Romanya bölgəsində daşqınların nəticələrinin aradan qaldırılması və daşqınlardan ən çox zərər çəkmiş şimal bölgəsinin yenidən qurulması üçün iki milyard avroya yaxın vəsait ayırıb.
“Hələlik dəqiq bir hesablama yoxdur, lakin zərər yeddi milyarddan çox olacaq. Hökumətin verdiyi iki milyard önəmlidir. Lakin ümumi məğləğ daha yüksək olacaq”, - Qubernatorun Mülki Müdafiə üzrə müavini İrene Priolo bildirib.
O əlavə edib ki, mülki infrastruktura dəyən ziyan görünməmiş dərəcədədir.
QAZİLER.AZ