Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti ilə şəxsi əlaqəni bərpa etmək niyyətindədir.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, nəticə olmadığı üçün keçən il telefon danışıqları dayandırılmışdı.
"Son telefon zəngindən bir müddət keçib. Amma mən Putinlə lazımi vaxtda yenidən danışmaq niyyətindəyəm", - Şolts deyib.
Onun sözlərinə görə, “ədalətli sülh” üçün ilkin şərt Rusiya qoşunlarının Ukraynadan çıxarılmasıdır. Lakin Rusiya başa düşməlidir ki, biz hansısa “soyuq sülh”dən, məsələn, indiki cəbhə xəttinin Rusiya ilə Ukrayna arasında yeni “sərhəd”ə çevrildiyindən danışa bilmərik. Bu, ancaq Putinin soyğunçuluğunu qanuniləşdirəcək”.
QAZİLER.AZ