Estoniya Müdafiə Nazirliyi yeni qanun layihəsi hazırlayır.
Qaziler.az bildirir ki, layihəyə əsasən, B sinfi vəsiqəsi olan bütün vətəndaşlara tank və zirehli maşın sürməyə icazə veriləcək.
Ukraynanı işğal edən, 294 kilometr sərhədi olan qonşusu Rusiya ilə münasibətləri son vaxtlar gərginləşən Estoniyada bu ölkənin müdafiə nazirliyi B sinif vəsiqəsi olan bütün vətəndaşlara tank və zirehli maşın sürməyə icazə verilməsini istəyib.
Hazırda Estoniyada tank və zirehli maşın sürmək üçün C, D və ya T sinifli vəsiqəyə malik olmaq lazımdır. Müdafiə Nazirliyinin layihəsinin qanuna çevriləcəyi təqdirdə tank sürmək üçün B sinif vəsiqəsi olan vətəndaşlar qısamüddətli təlim keçəcəklər.
QAZİLER.AZ