Kiyevdə Ukraynada bir il döyüşmüş isveçli könüllünün cəsədi tapılıb

Kiyevdə Ukraynada bir il döyüşmüş isveçli könüllünün cəsədi tapılıb backend

İsveç mediası yazır ki, Kiyevdə isveçli könüllü Daniel Nistrom ölü tapılıb. O, bir il Ukraynada döyüşüb.

Qaziler.az bildirir ki, bunu NSD-yə müsahibəsində Daniel Nellin anası deyib.

İl ərzində o, İsveçdəki ailəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb və tezliklə qayıtmağı planlaşdırdığını bildirib.

Çərşənbə günü ona Danielin Kiyevdəki mənzillərdən birində ölü tapıldığı barədə məlumat verilib. Ölümün dəqiq səbəbi məlum deyil.

İl ərzində Daniel Xerson və Donetsk vilayətlərində gedən döyüşlərdə iştirak edib.

Bundan əvvəl prezident Zelenskinin ordenlə təltif etdiyi Ukrayna uğrunda döyüşlərdə polşalı könüllünün həlak olduğu bildirilirdi.

Ukraynada müharibə 456 gündür davam edir. 

QAZİLER.AZ

Diaspora