İngiltərədə avtomobil Baş nazirliyin binasının qapısına çırpılıb

İngiltərədə avtomobil Baş nazirliyin binasının qapısına çırpılıb backend

Londonda baş nazirin 10 saylı ofisinin qarşısında avtomobilini qapılara çırpan şəxsin saxlanıldığı bildirilib.

Qaziler.az bildirir ki, İngiltərənin paytaxtı Londonda baş nazirin 10 saylı ofisinin qarşısında avtomobil qapılara çırpılıb.

Britaniya polisinin verdiyi açıqlamada hadisə yerli vaxtla saat 16:20 radələrində baş verib.

Açıqlamada bildirilib ki, polis cinayət törətməkdə və təhlükəli avtomobil idarə etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Xəsarət alan olmadığı qeyd edilən açıqlamada istintaqın davam etdiyi açıqlanıb.

QAZİLER.AZ

Diaspora