General Milleyi o əvəz edəcək - Bayden ABŞ Baş Qərargahının yeni rəisinin adını açıqladı

General Milleyi o əvəz edəcək - Bayden ABŞ Baş Qərargahının yeni rəisinin adını açıqladı backend

ABŞ prezidenti Co Bayden ABŞ Baş Qərargah rəisinin dəyişdirildiyini rəsmən açıqlayıb. Mark Milleyi general Çarlz Braun əvəz edəcək.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Bayden çıxışı zamanı deyib.

Qeyd edək ki, Mark Milley 2019-cu ildən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsini icra edir.


Çarlz Braun 1962-ci ildə anadan olub. O, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin 22-ci Qərargah rəisidir.

O, hərbi karyerasına 3000-dən çox uçuş saatı və 130 döyüş saatı ilə komanda pilotu kimi başlamışdır.

Ağ Ev general Braunun Ukraynaya hərbi yardım göstərməsində mühüm rol oynadığını və ABŞ və Çin arasında münasibətlərin qurulmasında təcrübəyə malik olduğunu bildirib.

Əvvəllər o, Sakit Okean Hərbi Hava Qüvvələrinin komandiri, ABŞ-ın Hind-Sakit Okean Komandanlığının hava komandanlığının rəhbəri və Sakit Okeanda Hərbi Əməliyyatlar Qərargahının icraçı direktoru vəzifələrində çalışıb.

26 iyul 2018-ci ildə ona ABŞ generalı rütbəsi verilib.

QAZİLER.AZ

 

Diaspora